Azərbaycanda dini zəmində təfriqə salmaq istəyən qüvvələrin qarşısı alınır

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT GF) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu günlərdə “Fərqlilikləri birləşdirən dəyər – Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninq keçirib.

Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi çərçivəsində keçirilən bu seminar-treninqlərin bütün ölkə dindarlarını əhatə etməsi nəzərdə tutulur. Seminar-treninqlər Azərbaycanın dini tolerantlıq, dözümlülük ənənələrinin təbliği, radikallığa qarşı maarifləndirmə məqsədilə həyata keçirilir. Tədbir  Oğuz, Şəki və  Qəbələ rayonlarındakı islam və s. dinləri təmsil edən dini icma rəhbər və fəallarının iştirakı ilə keçirilib.

İƏT GF təmsilçisi Elçin Əsgərov bəzi ölkələrdə dinlər və məzhəblərarası münasibətlərdə gərginliyin yaşandığını, Azərbaycanın hələlik belə çəkişmələrdən kənarda qaldığını bildirib. Azərbaycandakı “dini model”i sarsıtmaq üçün məzhəbdaxili gərginlik yaratmaq istəyən qüvvələrin olduğu söylənib. Konkret ad çəkilmədən müstəqilliyin ilk illərində ölkəyə nüfuz edən qeyri-ənənəvi dini cərəyan mənsubları ölkədə dini təfriqə yaratmaqda ittiham olunublar. Bu qüvvələrin istər dövlət, istərsə də dini icmalar səviyyəsində təfriqələrinin qarşısının alındığı nəzərə çatdırılıb. Ölkə vətəndaşlarının və əsasən də gənclərin zərərli dini cərəyanların təsiri altına düşməmələri üçün dini maarifləndirmə işinin güqcləndirilməsi və cəlbediciliyinin artıtılması tövsiyə edilib.

Dini icmalara əlverişli fəaliyyət şəraitinin yaradıldığı nəzərə çatdırılıb, amma bundan sui-istifadə edən dini icmaların fəaliyyətlərinə göz yumulmayacağı barədə xəbərdarlıq olunub. Tolerantlıq ənənələrini pozmaq istəyən qüvvələrə dövlətlə birgə digər dini icmaların da mübarizə aparacağı bəyan edilib.

273 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda dini zəmində təfriqə salmaq istəyən qüvvələrin qarşısı alınır

26 Ağustos 2014

By
@
backtotop